Çərşənbə, 15 Aprel, 2026
Tarix: 14 Apr 2026 20:40
Türkiyənin xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı İshaq Dar ilə ABŞ və İran arasında gözlənilən danışıqları müzakirə ediblər.
Bu barədə TASS agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Hakan Fidan və İshaq Dar telefon danışığında yaxın günlərdə atılacaq addımları nəzərdən keçiriblər. Türkiyə XİN rəhbəri eyni mövzunu iranlı həmkarı ilə də müzakirə edib.
Türkiyə Pakistan İran danışıqlar