Banqladeş yaxınlığında gəmi qəzası nəticəsində azı 250 nəfər itkin düşüb

Tarix: 14 Apr 2026 21:03

Banqladeş sahilləri yaxınlığında gəmi qəzası nəticəsində azı 250 nəfər itkin düşüb.

Bu barədə "Dhaka Tribune" məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan gəmidə rohinca qaçqınları və Banqladeş vətəndaşları olub. Gəmi Teknaf bölgəsindən Malayziyaya yola düşüb və ehtimala görə, həddindən artıq yüklənmə, güclü külək və fırtına səbəbindən batıb.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.

Banqladeş qəza gəmi

Xəbər Lenti