Çərşənbə, 15 Aprel, 2026
Tarix: 14 Apr 2026 23:33
İsrail Livanın cənubunda keçirilən əməliyyat zamanı üç “Hizbullah” üzvünün əsir götürüldüyünü bildirib.
APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Hadisənin Bint-Cubeyl bölgəsində baş verdiyi qeyd olunur. Məlumata görə, döyüşdən sonra üç nəfər silahı yerə qoyaraq İsrail hərbçilərinə təslim olub. Onlardan birinin “Radvan” xüsusi təyinatlı qüvvələrinin üzvü olduğu qeyd edilir.
İsrail Livan Hizbullah əməliyyat