Pentaqon: İran istiqamətində hərəkət edən heç bir gəmi blokadanı keçə bilməyib

Tarix: 14 Apr 2026 23:14

Son 24 saat ərzində İran limanlarına gedən və ya oradan çıxan heç bir gəmi tətbiq edilən dəniz blokadasını yarıb keçə bilməyib.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" hesabında paylaşım edib.

Məlumata görə, əməliyyatda 10 mindən çox ABŞ hərbçisi, onlarla hərbi gəmi və təyyarə iştirak edir. Bildirilir ki, ilk 24 saat ərzində altı ticarət gəmisi ABŞ qüvvələrinin tələbi ilə geri dönərək Oman körfəzində yerləşən İran limanlarına qayıdıb.

ABŞ İran blokada CENTCOM

Xəbər Lenti