Çərşənbə, 15 Aprel, 2026
Tarix: 15 Apr 2026 00:34
Livan və İsrail birbaşa ikitərəfli danışıqlara başlamaq barədə razılığa gəlib.
"Lebanon 24" xəbər verir ki, bu barədə Livanın Vaşinqtondakı səfiri Nada Həmmadə-Muavvad ABŞ Dövlət Departamentində keçirilən ilkin məsləhətləşmələrdən sonra bildirib.
Onun sözlərinə görə, tərəflər məhsuldar müzakirələr aparıb və birbaşa danışıqlara keçid üçün zəruri addımları müzakirə ediblər. Növbəti görüşün tarixi və yeri daha sonra açıqlanacaq.
Diplomat həmçinin Livanda davam edən humanitar böhranın yüngülləşdirilməsi üçün praktiki addımların atılmasının vacibliyini vurğulayıb.
Livan İsrail danışıqlar