Norveç Ukrayna ilə müdafiə sahəsində əməkdaşlıq barədə razılığa gəlib

Tarix: 15 Apr 2026 05:36

Norveçin Baş naziri Yonas Qar Styore Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra iki tərəfin müdafiə əməkdaşlığı haqqında bəyannamələr imzaladığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

Baş nazirin sözlərinə görə, Ukrayna Norveçin xarici siyasətində əsas prioritet olaraq qalır.

Styore əlavə edib ki, Oslo Kiyevin müstəqillik uğrunda mübarizəsini və özünümüdafiə hüququnu qətiyyətlə dəstəkləyir. O qeyd edib ki, Ukrayna Norveç yardımının əsas alıcısıdır.

Baş nazir bunun birtərəfli addım deyil, qarşılıqlı əməkdaşlıq olduğunu vurğulayıb.

Norvec Ukrayna

Xəbər Lenti