Azərbaycanda kimya sənayesi istehsalı üzrə göstəricilər açıqlanıb - CƏDVƏL

Tarix: 15 Apr 2026 09:42

Azərbaycanda bu ilin yanvar-mart aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 439,1 milyon manatlıq məhsul istehsal edilib.

Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 45,4% artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı 1,5%, kimya sənayesi məhsullarının istehsalı isə 13,1% azalıb.

Qeyd olunur ki, kimya sənayesi məhsullarından polietilen istehsalı 24,7%, etilen istehsalı 22,2%, rezin və plastik kütlə məmulatlarından plastmas çubuqlar, millər və profillər 13,5%, polietilendən kisə və çantalar isə 14,2% azalıb.

Azərbaycanda istehsal olunan kimya sənayesi məhsulları:

Məhsul növləri

2026-cı ilin yanvar-mart aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.04.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı

Kimya sənayesi məhsulları

Təsirsiz qazlar, min kub metr

10 827,5

98,0

111,3

ondan azot, min kub metr

5 671,8

97,9

108

Lak-boya məmulatları, ton

9 035

124,8

620

Qeyri-üzvi kimyəvi maddələr, ton

6 040

163,7

4950

ondan yod, ton

42,9

97,5

26,2

Üzvi kimyəvi maddələr, min ton

85,2

40,7

25,9

ondan: etilen, min ton

32,6

77,8

1,1

propen (propilen), min ton

32,5

89,5

0,6

metanol (metil spirti), min ton

-

-

10,5

Etil spirti, min dkl

2

-

20,6

Gübrə və azot birləşmələri, min ton

85,7

62,4

27,8

Ondan: karbamid, min ton

85,6

62,4

27,7

İlkin formada plastik kütlə, min ton

65,4

82,1

37,5

ondan polietilen, min ton

31,1

75,3

10,1

Yapışqan və yapışdırıcı maddələr, min ton

34,5

85,2

10,4

Emil İsmayılov Dövlət Statistika Komitəsi kimya sənayesi

Xəbər Lenti