Çərşənbə, 15 Aprel, 2026
Tarix: 15 Apr 2026 09:28
Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 283,7 milyon manat olmaqla, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 2,9% azalıb.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, neft məhsullarından neft koksunun istehsalı 35,4%, avtomobil benzinin istehsalı 7,3%, qazoylların (dizel yanacağının) istehsalı 6,2% artıb.
Bildirilib ki, cari ilin birinci rübündə ağ neft istehsalı 15,5%, neft bitumu istehsalı 17,3%, mazut istehsalı isə 76,4% azalıb.
Azərbaycanda istehsal olunan neft məhsulları:
Məhsul növləri
2026-cı ilin yanvar- mart aylarında istehsal edilmişdir
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
01.04.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton
360,5
107,3
57,3
Ağ neft, min ton
125,8
84,5
24,8
Qazoyllar (dizel yanacağı), min ton
587,3
106,2
172,3
Mazut, min ton
10,0
23,6
0,8
Sürtkü yağları, min ton
8,4
91,3
1,1
Maye qazlar, min ton
46,8
82,2
2,6
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton
168,9
98,7
61,8
ondan:
neft bitumu, min ton
33,4
82,7
20,2
neft koksu, min ton
61,9
135,4
41,1
Emil İsmayılov Dövlət Statistika Komitəsi neft emalı benzin dizel