Azərbaycanda külək elektrik stansiyaları istehsalı 50 dəfədən çox artırıb - CƏDVƏL

Tarix: 15 Apr 2026 10:37

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 6 540,9 kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 3% azalma deməkdir.

Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 6 342,6 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (2,6% azalma).

Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 5 466,3 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2025-ci ilin yanvar-mart göstəricisindən 4,3% azdır.

Cari ilin yanvar-mart ayları ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.

Onu da qeyd etmək lazımdır ki, hesabat dövründə Azərbaycanda külək elektrik stansiyaları 233 mln. kVt/saat elektrik enerjisi istehsal ediblər ki, bu da illik müqayisədə 51,8 dəfə artım deməkdir.

Azərbaycanda elektrik enerjisinin istehsalı:

Məhsul növləri

2026-cı ilin yanvar-mart aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

Elektrik enerjisi, mln. kVt.s

6 540,9

97

ondan əmtəəlik

6 342,6

97,4

istilik elektrik stansiyalarının istehsalı

5 466,3

95,7

su elektrik stansiyalarının

istehsalı

501,9

75,8

külək elektrik stansiyalarının istehsalı

233

51,8 d.

günəş elektrik stansiyalarının istehsalı

74,7

101,1

biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyaların elektriki

66,7

123,2

Emil İsmayılov Dövlət Statistika Komitəsi elektrik enerjisi külək günəş bərpa olunan enerji

Xəbər Lenti