Çərşənbə, 15 Aprel, 2026
Tarix: 15 Apr 2026 10:06
Bu ilin yanvar-mart aylarında Azərbaycandan hava nəqliyyatı ilə 912,6 min və ya əvvəlki ilə nisbətən 5,5% çox sərnişin daşınıb.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 11,4% azalaraq 82 min ton olub.
Xatırladaq ki, ötən il Azərbaycandan hava nəqliyyatı ilə 4162,1 min və ya əvvəlki ilə nisbətən 2,9% çox sərnişin daşınıb. Hesabat dövründə yükdaşıma 6,6% azalaraq 391,2 min ton olub.
Emil İsmayılov Dövlət Statistika Komitəsi hava nəqliyyatı sərnişin daşımaları yük daşımaları