“Fars”: İranın sanksiya altındakı supertankeri Hörmüz boğazında ABŞ-ın blokadasını yarıb

Tarix: 15 Apr 2026 11:24

İrana məxsus supertanker ABŞ-ın blokadasına baxmayaraq, Hörmüz boğazından keçərək İran sularına daxil olub.

“Fars” agentliyinin xəbərinə görə, supertanker sanksiya altında olub, heç bir məxfilik olmadan və məkan müəyyənetmə cihazı işlək vəziyyətdə Hörmüz boğazından İran sularına daxil olub.

Sözügedən supertankerin 2 milyon barel xam neft daşımaq potensialına malik olduğu bildirilir.

Qeyd edək ki, ABŞ İrana dəniz blokadası tətbiq edir və buna əsasən, İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-ın hərbi blokadası ilə üzləşəcək.

Toğrul Quluzadə İran Hörmüz boğazı blokada tanker

Xəbər Lenti