Cümə, 17 Aprel, 2026
Tarix: 15 Apr 2026 13:35
Rəsmi Pekin Çinin İrana hərbi yardım göstərməsi ilə bağlı ünvanına səsləndirilən ittihamlara münasibət bildirib.
APA-nın xəbərinə görə, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Jian “X”-də yazıb ki, mediada Pekinin İrana hərbi dəstək göstərdiyinə dair yayılan xəbərlər tamamilə uydurmadır.
O, eyni zamanda, Pekinin Vaşinqtonun addımlarına qarşı cavab tədbirləri görə biləcəyi barədə xəbərdarlıq edib: “Əgər ABŞ bu ittihamlara əsaslanaraq Çinə qarşı tarifləri artırsa, Çin buna əks tədbirlərlə cavab verəcək”.
İlqar Xudiyev Çin İran hərbi yardım ABŞ