İranda “Mossad”la əlaqədə şübhəli bilinən 35 nəfər tutulub

Tarix: 15 Apr 2026 14:14

İranda “Mossad”la əlaqədə şübhəli bilinən 35 nəfər saxlanılıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, İranın 6 vilayətində terror aktları, separatçılıq və silah qaçaqmalçılığında ittiham edilən 35 nəfər saxlanılıb.

Saxlanılan şəxslərdən xeyli sayda silah-sursat və əldəqayırma bombalar aşkarlanaraq götürülüb.

Əməliyyatlar Xuzistan, Kürdüstan, Gilan, Kerman, Həmədan və Hörmüzqanda keçirilib.

Haşim Rahimi

İran terrorçuluq casusluq Mossad

Xəbər Lenti