Rəsmi Tehran: Dinc nüvə enerjisi İranın ayrılmaz hüququdur, zənginləşdirmə səviyyəsi müzakirə edilə bilər

Tarix: 15 Apr 2026 15:46

İranın nüvə enerjisinə sahiblik hüququnu kənara qoyulası deyil.

APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün mətbuat konfransında deyib.

O, Qərb mediasında yayılan iddiaların təsdiq edilmədiyini və İranın dinc nüvə enerjisinə sahib olmaq hüququnu vurğulayıb.

İranlı diplomat ölkəsinin nüvə proqramının həmişə dinc xarakter daşıdığını, lakin ABŞ rəsmilərinin özlərini guya bunu anlamırmış kimi apardıqlarını və bunun Vaşinqtonun niyyətinin düzgün olmadığına dəlalət etdiyini vurğulayıb.

“Eyni zamanda, biz uranın zənginləşdirilməsinin növü və səviyyəsini həmişə açıq şəkildə elan etmişik. Bu mövzu ölkənin ehtiyacları çərçivəsində müzakirə edilə bilər”, - Bəqayi əlavə edib.

Toğrul Quluzadə Bəqayi İran nüvə zənginləşdirmə

Xəbər Lenti