Livanda İsrail ordusunun 600-ə yaxın hərbçisi yaralanıb

Tarix: 15 Apr 2026 17:09

Son sutkada Livanın cənubunda İsrail ordusunun 21 hərbçisi yaralanıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Bununla da Livanda hərbi əməliyyatların başlamasından bəri yaralanan hərbçilərin sayı 586 nəfərə çatıb.

Məlumata görə, yaralı hərbçilərdən 37-si ağır, 82 nəfər isə orta dərəcəli xəsarət alıb.

İlqar Xudiyev İsrail Livan hərbçi

Xəbər Lenti