ABŞ Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etmək təklifini rədd edib

Tarix: 15 Apr 2026 21:23

ABŞ Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etmək təklifini rədd edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "India Today" qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Rusiya İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazırdır, lakin ABŞ bu seçimə qarşı çıxır.

Peskov hücumlardan sonra Buşehr AES-dəki vəziyyətin potensial olaraq çox təhlükəli olduğunu deyib.

"Lakin bunun heç bir mənfi nəticəsi yoxdur və Rusiya bu cür hücumların bir daha baş verməyəcəyinə ümid edir", - Peskov deyib.

O əlavə edib ki, İranın dinc nüvə enerjisinə şərtsiz hüququ olmalıdır.

Kremlin sözçüsü onu da vurğulayıb ki, Rusiya və Çin İran məsələsinin güc yolu ilə həllinin mənfi nəticələri və münaqişənin qlobal təhlükəsizliyə mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq ediblər.

Peskov qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin nəticələri və qlobal bazarda neft çatışmazlığı uzun müddət bütün dünyada hiss olunacaq.

"Rusiya xaricə enerji tədarükünü artırmağa hazırdır", - Peskov əlavə edib.

Fərid Əkbərov Dmitri Peskov Rusiya ABŞ İran uran

Xəbər Lenti