Cümə axşamı, 16 Aprel, 2026
Tarix: 15 Apr 2026 22:43
Tehran ABŞ-la aparılan danışıqlar çərçivəsində mümkün razılaşma əldə olunacağı təqdirdə gəmilərin Hörmüz boğazının Oman tərəfi ilə sərbəst şəkildə və hücum riski olmadan keçməsinə icazə verilməsini nəzərdən keçirə bilər.
Bu barədə “Reuters” mənbələrə istinadən məlumat verib.
Məlumata görə, bu təklif yeni münaqişənin qarşısını almağa yönəlmiş mümkün razılaşmanın bir hissəsidir.
Adının açıqlanmasını istəməyən mənbə qeyd edib ki, İran boğazın Oman sularından keçən digər hissəsində gəmilərin Tehran tərəfindən maneəsiz hərəkət etməsinə razı ola bilər.
Lakin İranın həmin ərazidə yerləşdirilmiş mina və ya digər maneələri təmizləməyə razı olub-olmayacağı və ya İsrail ilə əlaqəli gəmilər də daxil olmaqla bütün gəmilərin sərbəst keçməsinə icazə veriləcəyi ilə bağlı məlumat verilməyib.
Xəbərdə o da vurğulanıb ki, bu təklifin reallaşması ABŞ-ın Tehranın tələblərini qəbul etməsindən asılıdır və bu şərt Hörmüz boğazı ilə bağlı mümkün razılaşmada əsas amillərdən biri sayılır.
İran ABŞ Hörmüz