Rusiyanın Kiyevə zərbə endirməsi nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Tarix: 16 Apr 2026 08:55

Rusiya ordusunun Kiyev hava hücumu nəticəsində dörd tibb işçisi yaralanıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə paytaxta endirilən zərbələr nəticəsində bir uşaq daxil olmaqla beş nəfər ölüb, 21 nəfər yaralanıb.

Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, Podolsk rayonunda qeyri-yaşayış binasına zərbə endirilib. Bir neçə yerdə dağıntılar qeydə alınıb. Bir yaşayış binasında yanğın baş verib. Başqa bir çoxmərtəbəli binada pəncərələr zədələnib. Dağıntılar həmçinin üçmərtəbəli mini-oteli qismən dağıdıb və bitişik binalara ziyan vurub.

***

06:21

Rusiya ordusu Ukraynanın Kiyev və Dnepr şəhərlərini raket atəşinə tutub.

APA xəbər verir ki, Ukrayna şəhərlərinin atəşə tutulması nəticəsində Kiyevdə 12 yaşlı uşaq və bir qadın olmaqla iki nəfər ölüb, bir uşaq da daxil olmaqla 18 nəfər yaralanıb, Dneprdə isə bir nəfər ölüb, on nəfər yaralanıb.

Hər iki şəhərdə yaşayış binaları, qarajlar və avtomobillər zərər görüb.

Rusiya Ukrayna

Xəbər Lenti