Çərşənbə, 22 İyul, 2026
Tarix: 16 Apr 2026 16:16
İranın hansı hərbi infrastrukturu hara köçürdüyünü bilirik.
APA xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında deyib.
“Heç vaxt olmadığı qədər gücümüzü yenidən toplayırıq”, - Heqset bildirib.
Müharibə naziri İranı nəzərdə tutaraq, beynəlxalq sularda qanuni şəkildə hərəkət edən ticarət gəmilərinə raket və dronlarla hücum təhdidini “quldurluq” və “terrorizm” adlandırıb.
O, İranı “çiçəklənən gələcəyi” seçməyə çağırıb, əks halda müharibəni davam etdirməklə təhdid edib.
Toğrul Quluzadə ABŞ-ın müharibə naziri Pit Heqset İranMənbə: apa.az