Cümə, 17 Aprel, 2026
Tarix: 17 Apr 2026 16:05
Aprelin 17-də elm və təhsil naziri Emin Əmrullayev Qusar şəhərində vətəndaş qəbulu keçirib.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbulda Qusar, Quba və Xaçmaz sakinləri iştirak ediblər: "Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib".
Günay Elşən Elm və Təhsil Nazirliyi vətəndaş qəbul Qusar Quba Xaçmaz




