, 19 Aprel, 2026
Tarix: 19 Apr 2026 12:36
Dövlət İmtahan Mərkəzi tərəfindən 14 – 17 aprel 2026-cı il tarixlərində Zaqatala, Balakən, Qax rayonlarında və Şəki şəhərində qulluq keçən dövlət qulluqçuları üçün “Ünsiyyət bacarıqlarının inkişafı”, ”Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi”, “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında təlimlər keçirilib.
Mərkəzdən APA-ya verilən məlumata görə, təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.
Qeyd edək ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilib.



