Naxçıvanda buraxılış imtahanı keçirilib

Tarix: 19 Apr 2026 14:04

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən muxtar respublikanın bütün ümumi təhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.

APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının bütün bölgələrini əhatə etməklə 24 binada keçirilən imtahanlara, ümumilikdə, 5589 şagird iştirak edib.

Qeyd edək ki, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

Ceyhun Məmmədov

Xəbər Lenti