Nazir: Azərbaycan Türkiyə və Gürcüstanda əsas aparıcı xarici investorlar sırasındadır

Tarix: 15.03.2024 11:19

Azərbaycan hazırda həm Türkiyədə, həm Gürcüstanda əsas aparıcı xarici investorlar sırasındadır.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin 9-cü üçtərəfli görüşünün nəticələrinə dair mətbuat üçün brifinq zamanı deyib.

"Görüş zamanı yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm və digər sahələr ətrafında müzakirələr etdik və yaxın zamanlarda bununla bağlı ciddi nəticələrin şahidi olacağıq", - nazir deyib.