Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 15 Mar 2024 15:19
Azərbaycanda bu ilin yanvar-fevral aylarında hava nəqliyyatı ilə 493,7 min və ya 48,4 faiz çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Məlumata görə, hesabat dövründə qeyd olunan nəqliyyat növü ilə yükdaşıma 22,5% artaraq 63,1 min ton olub.