Çərşənbə, 22 Aprel, 2026
Tarix: 22 Apr 2026 14:25
22-23 aprel tarixlərində Londonda 30-dan çox ölkədən hərbi ekspertlər Hörmüz boğazının yenidən açılması üçün formalaşdırılacaq hərbi missiya üzərində işləyəcək.
“Sky news” xəbər verir ki, bu görüş keçən həftə 12-dən çox ölkənin Böyük Britaniya və Fransanın rəhbərliyi altında Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq hərbi missiyaya qoşulmaq barədə razılığa gəlməsindən sonra keçirilir.
“Bu gün və sabah əsas vəzifə diplomatik razılaşmanı birgə plana çevirmək, boğazda sərbəst gəmiçiliyi qorumaq və davamlı atəşkəsi dəstəkləməkdir. İnanıram ki, növbəti iki gün ərzində real irəliləyiş əldə oluna bilər”, - Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.
Britaniya tərəfi qeyd edib ki, danışıqlarda hərbi imkanlar, komanda strukturu və qüvvələrin regiona yerləşdirilməsi məsələləri müzakirə olunur. Məqsəd, şərait uyğun olduqda, su yolunun yenidən təhlükəsiz şəkildə açılmasıdır.
İlqar Xudiyev Hörmüz boğazı beynəlxalq missiya Avropa İran