Çərşənbə, 30 Sentyabr, 2026
Tarix: 29 Sep 2026 20:30
Beyləqan rayonunda elektrik yarımstansiyasında yanğın baş verib.
APA-nın yerli müxbirinin məlumatına görə, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb.
Güclü yanğın səbəbindən bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin briqadaları, xüsusi texnika və canlı qüvvə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğının başvermə səbəbləri araşdırılır.
Elgün Gəncimsoy Beyləqan Daşburun yanğın elektrik enerjisi
Mənbə: apa.az