Cümə, 27 Ferval, 2026
Tarix: 27 Feb 2026 11:31
Bu ilin yanvar ayında Azərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 117.7 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 16,8% və ya 16,9 milyon manat artıb. 2025-ci ilin yanvar ayında banklar 100.8 milyon manat depozit faizi ödəyiblər.
Qeyd edək ki, cari ilin fevral ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% və ya 155,7 milyon manat azalaraq 36 milyard 805.3 milyon manat təşkil edib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 446.6 milyon manat faiz gəliri əldə ediblər.
İlahə Səlimova depozit gəlirləri əmanətlər fiziki və hüquqi şəxslər