Tramp ABŞ-da süni intellektin tənzimlənməsi üzrə komitənin yaradıla biləcəyini açıqlayıb

Tramp ABŞ-da süni intellektin tənzimlənməsi üzrə komitənin yaradıla biləcəyini açıqlayıb

Tarix: 30 Sep 2026 00:32

ABŞ-da süni intellekt texnologiyalarının tənzimlənməsinə nəzarət edəcək xüsusi komitə yaradıla bilər.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

Tramp bu açıqlamanı ABŞ-ın aparıcı texnologiya şirkətlərinin rəhbərləri ilə süni intellektin inkişafının müzakirə olunduğu görüşdən sonra verib.

“Burada özünütənzimləmə çox böyük rol oynayacaq. Eyni zamanda, təxminən 10 nəfərdən ibarət müəyyən bir komitənin yaradılmasını da nəzərdən keçiririk. Onlar bu qrupdan ola bilərlər ki, komitə olaraq süni intellektlə bağlı bütün fəaliyyəti izləyə bilək”, – deyə Tramp bildirib.

Donald Tramp ABŞ süni intellekt texnologiya

Mənbə: apa.az

Xəbər Lenti