Çərşənbə, 22 Aprel, 2026
Tarix: 22 Apr 2026 17:15
“Qarabağ qan içində” (“Кровавый омут Карабаха”) kitabının müəllifi rusiyalı yazıçı, tarixçi alim, akademik Yuri Pompeyev vəfat edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, tanınmış yazıçı bu gün səhər 88 yaşında Sankt-Peterburqda vəfat edib.
Pombeyev Birinci Qarabağ müharibəsi dövründə erməni vəhşilikləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmət göstərib. Belə ki, yazıçı 1992-ci ildə Xocalı soyqırımı törədiləndən 6 ay sonra erməni vəhşiliyini Rusiya auditoriyasına çatdırmaq üçün Sankt-Peterburq şəhərində "Qarabağ qan içində" kitabını təqdim edərək sərgi keçirib.
Tarixçi alim dəfələrlə müsahibələrində "Nə qədər ki, Xocalını törədənlər azadlıqdadır, erməni nasist ideologiyası məhv olmayacaq" fikrini səsləndirib.
Yazıçının Qarabağ hadisələrinə həsr olunan "Məşəqqətli günlər" (“Юдольные дни”) kitabı isə 1993-cü ildə çap olunub.
Fərid Əkbərov rusiyalı yazıçı tarixçi alim akademik Yuri Pompeyev Xocalı