Türkiyənin İğdır şəhərində “Naxçıvan fotolarda” adlı fotosərginin açılışı baş tutub

Tarix: 16.03.2024 20:59

Türkiyənin İğdır şəhərində “Naxçıvan fotolarda” adlı fotosərginin açılışı olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan fotosərgi Türkiyə Cümhuriyyəti Naxçıvan Baş konsulluğu, “Şərq qapısı” qəzeti və İğdır Azərbaycan Evi tərəfindən təşkil olunub.

Sərgidə APA Media Group-un Naxçıvan bölgəsi üzrə əməkdaşı Əli Xudiyevin, həmçinin Əsəd Səfərov və Zülfüqar Qurbanlının Naxçıvanı tərənnüm edən fotoları yer alıb. Sərgiyə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı daxil olmaqla, Naxçıvandan 14 nəfərlik nümayəndə heyəti qatılıb.

Sərgidə İğdır valisi, Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu, hökumət və media nümayəndələri iştirak edib. Qeyd edək ki, sərgi 3 gün davam edəcək.

Xəbər Lenti