Cümə, 24 Aprel, 2026
Tarix: 24 Apr 2026 13:22
İşğaldan azad edilən və yenidən qurulan Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub.
APA-nın yerli bürosu xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Açılışda iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, "Lukoil" neft şirkətinin qurucusu Vahid Ələkbərov, "Lukoil Azərbaycan"ın Baş direktoru Rasim Əmrəliyev, Füzuli şəhər sakinləri iştirak edib.
Körpələr evi-uşaq bağçası 2 mərtəbəli, 240 yerlik olmaqla 2,4 hektar torpaq sahəsində inşa edilib. Binada qrup, inzibati, yataq otaqları, rəqs, idman və musiqi zalları, hovuz, soyunub-geyinmə otaqları, mətbəx, müasir avadanlıqlarla təchiz olunmuş metodika otağı, kompüter otağı, həkim otağı, dezinfeksiya otağı, izolyator palata, camaşırxana, tərəvəzlərin ilkin emalı sexi, tərəvəz sexi, ət-balıq sexi, quru ərzaq anbarı, işçi heyəti üçün yeməkxana, elektrik və server otaqları, həmçinin həyətində oyun meydançaları və digər zəruri infrastruktur qurulub.
Burada uşaqların ilkin biliklərə yiyələnməsi, rahatlığı və əylənməsi üçün bütün zəruri şərait yaradılıb.
***
12.37
Füzuli şəhərində yeni tikilmiş 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı keçirilir.
APA-nın yerli bürosu xəbər verir ki, körpələr evi-uşaq bağçası “Lukoil” şirkətinin dəstəyi ilə inşa olunub.
Tədbirdə Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Elm və təhsil naziri Emin Əmrullayev, "Lukoil Azərbaycan"ın baş direktoru Rasim Əmrəliyev, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov iştirak edir.
Emin Hüseynov qonaqlara Füzulidə həyata keçirilən layihələr barədə məlumat verib.
Elgün Gəncimsoy Füzuli şəhəri yeni tikilmiş uşaq bağçasının açılışı

























