- Çərşənbə, 8 Yanvar, 2025
Tarix: 18.03.2024 10:07
Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına — Qetvikə reyslərin icrasına başlayıb.
AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin London Qetvik aeroportuna ilk uçuşunun qarşılanması mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Qetvik hava limanının aviasiya inkişafı üzrə vitse-prezidenti Stefani Uir, media nümayəndələri, aviaşirkətin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Aviaşirkət Bakıdan Qetvik hava limanına reysləri həftədə üç dəfə — çərşənbə, cümə və bazar günləri yerinə yetirəcək. Yeni marşrutun açılması ilə AZAL Bakı ilə London arasında həftəlik uçuşlarının sayını 6-ya çatdırdı.
Aviaşirkətin uçuş coğrafiyasının genişləndirilməsi çərçivəsində atılan bu addım sərnişinlərin artan tələbatını qarşılamaq məqsədini daşıyır.