Şənbə, 25 Aprel, 2026
Tarix: 25 Apr 2026 11:15
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Pakistanın paytaxtı İslamabad şəhərinə səfəri çərçivəsində Pakistan ordusunun baş komandanı Asim Munir ilə görüş keçirib.
APA İran Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə regionda təhlükəsizlik vəziyyəti, Yaxın Şərqdə artan gərginlik və diplomatik danışıqların perspektivləri müzakirə olunub. Tərəflər həmçinin İran və Pakistan arasında siyasi, təhlükəsizlik və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüş zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin regional problemlərin siyasi və diplomatik yollarla həlli imkanları da müzakirə edilib.
Qeyd edək ki, Abbas Əraqçi səfər çərçivəsində Pakistan rəhbərliyinin digər yüksək vəzifəli nümayəndələri ilə də görüşlər keçirəcək.
Əraqçi Munir