Bakıda "Alfa Pragmatic Fintech" konfransı keçirilib

Bakıda "Alfa Pragmatic Fintech" konfransı keçirilib

Tarix: 23 Sep 2026 11:26

Bakıda bank sektorunda texnologiya və süni intellektin roluna həsr olunmuş “Alfa Pragmatic Fintech” konfransı keçirilib.

“APA-Economics” xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi ilə keçirilən konfransda Azərbaycanın 17 bankından 60 nümayəndə iştirak edib.

Tədbirdə rəqəmsal və oflayn satış kanallarının səmərəliliyinin artırılması, eləcə də bankların biznes və maliyyə göstəricilərinin yaxşılaşdırılmasında süni intellektdən istifadənin imkanları müzakirə olunub.

Konfransın açılışında Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov çıxış edib. Daha sonra “Alfa-Bank”ın beynəlxalq fintech layihələri rəhbəri Stanislav Kanevski tədbir iştirakçılarına müraciət edib.

Konfrans çərçivəsində yeni müştərilərin cəlb edilməsi və bank məhsullarının satışı üçün veb-saytların istifadəsi, mobil bankçılığın mövcud müştərilərlə münasibətlərin inkişafında rolu, satış prosesləri və front-line əməkdaşların fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri nəzərdən keçirilib.

Həmçinin süni intellektin satış, müştərilərlə iş və digər bank proseslərində tətbiqi ilə bağlı nümunələr təqdim olunub. Bu texnologiyaların satış və konversiya göstəricilərinə, kredit və əməliyyat itkilərinə, eləcə də kapitaldan istifadənin səmərəliliyinə mümkün təsirləri müzakirə edilib.

APA-Economics bank sektoru texnologiya konfrans Alfa Pragmatic Fintech
Bakıda "Alfa Pragmatic Fintech" konfransı keçirilib
Bakıda "Alfa Pragmatic Fintech" konfransı keçirilib
Bakıda "Alfa Pragmatic Fintech" konfransı keçirilib
Bakıda "Alfa Pragmatic Fintech" konfransı keçirilib

Mənbə: apa.az

Xəbər Lenti