Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 23 Sep 2026 11:35
İran Cənubi Pars qaz yatağında zədələnmiş hasilat gücünün təxminən 50%-ni bərpa edib.
Bu barədə İranın neft nazirinin müavini Əhməd Zəraatkar “Fars”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bütün planlaşdırılan bərpa işləri qış başlamazdan əvvəl başa çatdırılacaq.
Qeyd edək ki, Cənubi Pars dəniz qaz yatağı dünyanın ən böyük təbii qaz yatağının təxminən üçdə bir hissəsini təşkil edir. Yataq mart ayında İsrailin ABŞ-la koordinasiya etdiyi hücum zamanı vurulub.
İranın Cənubi Parsdan hasil etdiyi qazın böyük hissəsi daxili istehlaka yönəldilir.
İlqar Xudiyev İran Cənubi Pars qaz yatağı İsrail ABŞMənbə: apa.az