Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 23 Sep 2026 11:20
Azərbaycan Mərkəzi Bankı 2026-cı il üzrə pul siyasəti qərarlarının açıqlanması qrafikinə dəyişiklik edib.
"APA-Economics" xəbər verir ki, növbəti faiz dəhlizinin parametrləri ilə bağlı qərarın ictimaiyyətə açıqlanması və bununla bağlı mətbuat konfransının keçirilməsi tarixi dəyişdirilib.
Belə ki, qərarın açıqlanması və mətbuat konfransının keçirilməsi 2026-cı il noyabrın 4-dən oktyabrın 29-na keçirilib.
AMB-nin məlumatına görə, həmin tarixdə ekspertlərlə görüşün də təşkili nəzərdə tutulur.
Rahim Tarıverdiyev AMB uçot dərəcəsi qrafik Mərkəzi BankMənbə: apa.az