Bank sektorunda izafi likvidlik 6,3 mlrd. manata çatıb

Bank sektorunda izafi likvidlik 6,3 mlrd. manata çatıb

Tarix: 23 Sep 2026 11:18

Azərbaycan bank sektorunda izafi likvidliyin həcmi artıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri ilə bağlı qərarında qeyd olunub ki, məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan sektorun struktur likvidlik profisiti 2026-cı ilin avqust ayının sonuna 6,3 mlrd manat təşkil edib.

Məlumata görə, bu göstərici ötən ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artıb.

AMB bildirib ki, izafi likvidlik şəraitində banklararası pul bazarında təminatsız əməliyyatlar üzrə faizlər azalmağa meyil edib. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin iyul ayında 6,39%, avqust ayında 6,28%, sentyabr ayının ötən dövründə isə 6,02% olub.

Mərkəzi Bank qeyd edib ki, likvidliyin idarə olunması məqsədilə əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edir. Bu əməliyyatların payı avqust ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 70,8% təşkil edib.

Bununla yanaşı, AMB-nin not portfelinin həcmi də 2026-cı ilin avqust ayının sonuna ötən ilin sonu ilə müqayisədə 4 dəfədən çox artıb.

Rahim Tarıverdiyev Bank sektoru izafi likvidlik

Mənbə: apa.az

Xəbər Lenti