Nazirlər Kabineti: İnflyasiya ilə əlaqədar zəruri tədbirlər davam etdiriləcək

Tarix: 18 Mar 2024 15:02

İnflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlər növbəti ildə davam etdiriləcək.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Antiinflyasiya tədbirləri və onun iqtisadi nəticələrinə dair xüsusi bülleten”ində əksini tapıb.

Qeyd edək ki, 2022-ci il fevralın 21-də Nazirlər Kabineti “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncam imzalayıb.

Xəbər Lenti