Hizbullah və İsrail arasında gedən müharibə Livanda 2496 nəfərin həyatına son qoyub

Tarix: 25 Apr 2026 19:15

Livanda Hizbullah və İsrail arasında müharibə başlayandan bəri ölənlərin sayı 2496 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralananların sayının isə 7725 nəfər olduğu bildirilib.

Müharibəyə görə yaşayış yerindən didərgin düşmüş şəxslərin sayı 120 000-i ötüb.

Qeyd edək ki, Hizbullah və İsrail arasında hərbi qarşıdurmalar martın 2-də başlayıb.

Bir müddət sonra atəşkəs elan olunmasına və sonradan atəşkəsin uzadılmasına baxmayaraq münaqişə davam edir.

Tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırır.

Toğrul Quluzadə Livan Hizbullah İsrail

Xəbər Lenti