Kurskun bir hissəsini Ukrayna ordusuna uduzmuş general Tatarıstan Baş nazirinin müavini təyin olunub

Kurskun bir hissəsini Ukrayna ordusuna uduzmuş general Tatarıstan Baş nazirinin müavini təyin olunub

Tarix: 28 Sep 2026 13:01

Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinin bir hissəsini ələ keçirən zaman regiona cavabdeh qoşun qruplaşmasının komandanı olmuş general Aleksandr Lapin Tatarıstan Baş nazirinin müavini təyin olunub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov Tatarıstan Dövlət Şurasına illik müraciəti zamanı bildirib.

O, xüsusi hərbi əməliyyat iştirakçılarını dəstəkləmək üçün hökumət daxilində ayrıca bir struktur bölmənin yaradıldığını elan edib və Lapinin bu bölməyə respublikanın Baş nazirinin müavini kimi rəhbərlik edəcəyini söyləyib.

Qeyd edək ki, general-polkovnik Aleksandr Lapin 2024-cü ilin yazından bəri Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin bir hissəsini ələ keçirdiyi dövrdə Şimal Qoşun Qruplaşmasının (Kursk, Belqorod və Bryansk vilayətlərinin müdafiəsinin daxil olduğu) komandanı vəzifəsində çalışıb. O, 2025-ci ilin sentyabrında hərbi xidmətdən tərxis edilib.

Fərid Əkbərov

Mənbə: apa.az

Xəbər Lenti