Bazar ertəsi, 28 Sentyabr, 2026
Tarix: 28 Sep 2026 13:34
Ukrayna Silahlı Qüvvələri Rusiyanın ərazisində müdafiə və neft infrastrukturu obyektlərinə silsilə uzaqmənzilli zərbələr endirib.
APA xəbər verir ki, bu barədə “Telegram”da paylaşım edən Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, bu gecə Tula və Voronej vilayətlərində iki müdafiə zavoduna zərbə endirilib.
Zelenski bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti Krasnodar diyarında neft infrastrukturu obyektinə də zərbə endirib.
Onun sözlərinə görə, həmçinin Kaluqa və Oryol vilayətlərində PUA hücumlarında istifadə olunan obyektlərə, Bryansk vilayətində Rusiya qoşunlarının yerləşdiyi əraziyə və Qara dənizdəki bir hədəfə zərbələr endirilib.
İlqar Xudiyev Zelenski hərbi zavodlara zərbə Ukrayna RusiyaMənbə: apa.az