Bazar ertəsi, 28 Sentyabr, 2026
Tarix: 28 Sep 2026 12:59
"Bizim ölkələrin dostluq, uzun tarixi əlaqələri var. Bu gün Göygöldə keçrilən üçtərəfli görüş bizim üçün çox əhəmiyyətlidir".
APA xəbər verir ki, bunu Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri, maliyyə nazirinin müavini Mamuka Barataşvili Göygöl rayonunda "Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası" çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, bu gün aparılan müzakirələr əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir: "Üçtərəfli görüş çox səmərəli keçdi. Biz bu müzakirələrə ciddi yanaşırıq. Azərbaycana, cənab Şahin Bağırova tədbirin keçirilməsinə görə öz təşəkkürümü bildirirəm”.
Fuad Nazimoğlu Gürcüstan Gəlirlər Xidməti Mamuka Barataşvili
Mənbə: apa.az