Xarkova endirilən zərbələr nəticəsində 10-u uşaq olmaqla 29 nəfər yaralanıb

Xarkova endirilən zərbələr nəticəsində 10-u uşaq olmaqla 29 nəfər yaralanıb

Tarix: 28 Sep 2026 12:19

Rusiya ordusunun Xarkov şəhərinə endirdiyi zərbələr nəticəsində 29 nəfər yaralanıb.

“Obyektiv” xəbər verir ki, sentyabrın 28-də səhər saatlarında şəhərin Kiyev və Saltov rayonlarına iki zərbə endirilib.

Xarkov vilayəti hərbi administrasiyasının məlumatına görə, yaralananlar arasında 10 uşaq var.

Saltov rayonunda zərbələrdən biri doqquzmərtəbəli yaşayış binasına düşüb. Binanın bir neçə mərtəbəsi dağılıb. Kiyev rayonunda isə fərdi yaşayış evləri zədələnib.

Xarkov şəhər meri İqor Terexov bildirib ki, şəhərin iki rayonunda ümumilikdə 20 yaşayış binəsinə ziyan dəyib.

İlqar Xudiyev Xarkova zərbə Ukrayna Rusiya

Mənbə: apa.az

Xəbər Lenti