Bazar ertəsi, 28 Sentyabr, 2026
Tarix: 28 Sep 2026 10:53
Avropa İttifaqının Qırmızı dənizdə ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi “Aspides” dəniz missiyasının hərbi gəmilərə ciddi ehtiyacı var.
APA xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Aİ ölkələrinin müdafiə nazirlərinin görüşünə gedərkən jurnalistlərə deyib.
Onun sözlərinə görə, Aİ Qırmızı dənizdə ticarət gəmilərinin müşayiəti ilə bağlı çoxsaylı müraciətlər alır. Lakin bunun üçün daha çox hərbi gəminin cəlb edilməsi tələb olunur.
“Avropa İttifaqının Qırmızı dənizdə “Aspides” əməliyyatı var, lakin onun hazırda malik olduğundan daha çox hərbi gəmiyə təcili ehtiyacı var”, – Kallas bildirib.
İlqar Xudiyev Aİ Aspides KallasMənbə: apa.az