Bazar ertəsi, 28 Sentyabr, 2026
Tarix: 28 Sep 2026 10:19
ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskidən Rusiyadakı enerji infrastrukturuna hücum etməməyi istədiyini, Zelenskinin buna müsbəıt cavab verdiyini deyib.
Bununla bağlı “UNN” Donald Trampa istinadən xəbər verib.
Onun sözlərinə görə, Zelenski Trampın istəyinə cavab olaraq, Ukraynanın “yəqin ki” Rusiyadakı neft obyektlərinə zərbə endirməyəcəyini bildirib.
ABŞ prezidenti Ukraynanın hücumlarının Rusiyanın neft emalı qabiliyyətini, o cümlədən dizel yanacağı istehsalını azaltdığını və bunun da qlobal neft bazarında problemlərə səbəb olduğunu vurğulayıb.
Toğrul Quluzadə Donald Tramp ABŞ prezidenti Ukrayna prezidenti Volodimir Zelenski enerji infrastrukturuŞ neft obyektləri hücumMənbə: apa.az