Xaçmazda yol qəzasında 9 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Xaçmazda yol qəzasında 9 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Tarix: 28 Sep 2026 10:36

Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 9 nəfər (4-ü kişi, 5-i qadın) 27 sentyabr tarixində saat 23:00 radələrində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

2 nəfər (qadın) ambulator müalicə üçün evə buraxılıb.

Digər xəsarət alan şəxslər instrumental müayinələrə cəlb olunub. Hazırda müalicələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətiləri orta ağır qiymətləndirilir.

*** 00.24

Xaçmaz rayonunda 9 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosunun məlumatına görə, qəza Gəndob-Yalama avtomobil yolunun rayonun Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, əks istiqamətlərdə hərəkətdə olan “VAZ-2107” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xanım Məmmədova Xaçmaz yol-nəqliyyat hadisəsi qəza yaralılar
Xaçmazda yol qəzasında 9 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Xaçmazda yol qəzasında 9 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Xaçmazda yol qəzasında 9 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Mənbə: apa.az

Xəbər Lenti