Azad edilmiş ərazilərdə daha 237 mina, 1436 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 237 mina, 1436 PHS aşkarlanıb

Tarix: 28 Sep 2026 10:22

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (21.09.2026-27.09.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 208 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 1436 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1385,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

ANAMA Mina

Mənbə: apa.az

Xəbər Lenti