Əmtəə bazarlarında qızılın qiyməti 4 200 dollardan aşağı enib - YENİLƏNİB

Əmtəə bazarlarında qızılın qiyməti 4 200 dollardan aşağı enib - YENİLƏNİB

Tarix: 28 Sep 2026 11:45

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb və 4 200 ABŞ dollarından aşağı enib.

“APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 3,03% azalaraq 4 190,2 ABŞ dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 5,13% azalaraq 61,48 dollar təşkil edib.

*** 09.11

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

“APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 2,11% azalaraq 4 229,9 ABŞ dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 3,71% azalaraq 62,4 dollar təşkil edib.

Emil İsmayılov COMEX qızıl gümüş

Mənbə: apa.az

Xəbər Lenti