Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 18 Mar 2024 17:58
Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği təsdiq edilib.
APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, ödənişin məbləği aşağıdakı kimi olacaq:
Sıra
№-si
Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqələrin
siyahısı
Ödənişin məbləği (manatla)
1.
Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati- ərazi vahidləri üzrə avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlər- arası (rayonlararası) və beynəlxalq marşrutlar
üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair
500
2.
Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati- ərazi vahidləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla digər şəhər (rayon) inzibati ərazi vahidləri üzrə avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayon- daxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair
200
3.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayon- lararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqədə iştirak haqqı
tətbiq edilmir