Cümə axşamı, 13 Mart, 2025
Tarix: 18.03.2024 18:44
Bakı Dəmiryol Vağzalında dəmiryolçular üçün göz müayinəsi aksiyası təşkil edilib.
“APA-Economics” xəbər verir ki, Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikasında əməkdaşlar ödənişsiz göz müayinəsindən keçib, həmçinin tibbi məsləhətlər alıblar.
Qeyd edilib ki, aksiya sosial korporativ məsuliyyət çərçivəsində ADY, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.